Bakı. 12 may. REPORT.AZ/ Mayın 13-də Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "SÖZ" ədəbi layihəsi çərçivəsində ədəbi gecə keçiriləcək.
"Report" xəbər verir ki, gecədə Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, aktrisa Mələk Abbaszadə və şairə Nigar Həsənzadə çıxış edəcək.
Tədbir iştirakçıları ərəb və Azərbaycan dillərində özlərinin yazdıqları şeirləri oxuyacaq.