Yuxarı

Maqsud İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib

Dəfn mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak ediblər

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyov dəfn edilib. "Report"un məlumatına görə, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimindən sonra mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Xatırladaq ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, martın 22-də 81 yaşında dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi