Kiyevdə Azərbaycan poeziyası haqqında kitabın təqdimatı keçirilib

Kiyevdə Azərbaycan poeziyası haqqında kitabın təqdimatı keçirilib Kitab Azərbaycanın Tərcümə Mərkəzi və Kiyev Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib
Ədəbiyyat
29 İyun , 2017 13:51
Kiyevdə Azərbaycan poeziyası haqqında kitabın təqdimatı keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Ukrayna Mədəniyyət Fondunda Ukrayna dilinə tərcümə edilən Müasir Azərbaycan poeziyası antologiyası- “Küləklə göndərilən məktublar” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən məlumat verilib.

Kiyev Yazıçılar Birliyinin birinci katibi, Ukrayna yazıçısı Vladimir Danilenko bildirib ki, kitab Tərcümə Mərkəzi və Kiyev Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Mərkəzin 25 il dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri ilə məşğul olan ictimai qurum kimi fəaliyyət göstərdiyini deyib: "Bu gün Azərbaycan ədəbiyyatı dünya dillərinə tərcümə edilir, dünyanın aparıcı kitabxanalarına, elektron portallarına, universitetlərə, mədəniyyət fondlarına və mərkəzlərinə yerləşdirilir. Bu işlərlə yanaşı, mərkəz, həmçinin dünya ədəbiyyatının Azərbaycan oxucusuna tanıdılması istiqamətində də bir çox uğurlu layihələrə imza atıb. Bu sıradan Ukrayna ədəbiyyatına daim xüsusi diqqət ayırıb. Ukraynanın tanınmış ədiblərinin əsərləri Azərbaycan dilinə tərcümə olunaraq mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr olunub. Bu gün Azərbaycan dünya ölkələri ilə hər sahədə belə dialoqlar qurmaqda, multikultural ideyaların aparıcı simasına, beynəlxalq anlaşmanın, mədəni dialoqun platformasına çevrilməkdədir".

Sonra Ukrayna Mədəniyyət Fondunun rəhbəri Aleksandr Bakumenko, Ukrayna mədəniyyət nazirinin müavini Vladimir Xodakiyevski, tanınmış Ukrayna şairəsi Lesya Mudrak, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət şöbəsinin müdiri Yaşar Əliyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyeva, Səməd Vurğun adına Publik Kitabxananın direktoru Qalina Çebotarova, şairə Nadejda Kiriyan və digərləri çıxış edərək, hər iki kitabın bədii məziyyətləri haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitabın ön söz müəllifi Kiyev Yazıçılar Birliyinin I katibi, yazıçı, filologiya elmləri doktoru Vladimir Danilenkodur.

Son xəbərlər

Orphus sistemi