Kamal Abdullanın hekayəsi Misirdə dərc olunub

Kamal Abdullanın hekayəsi Misirdə dərc olunub Dövlət müşaviri "Əxbər əl-Ədəb" qəzetinə müsahibə də verib
Ədəbiyyat
31 Yanvar , 2017 18:27
Kamal Abdullanın hekayəsi Misirdə dərc olunub

Bakı. 31 yanvar. REPORT.AZ/ Misirin məşhur "Ədəbiyyat xəbərləri" (Əxbər əl-Ədəb) qəzetində Azərbaycanın millətlərarası, multikulturalizm və diniməsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın “Kamera teatrı” adlı hekayəsi və yazıçının həyat və yaradıcılığı haqqında məlumat ərəb dilində dərc olunub.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, "Sülh şəraitində birgə yaşayış siyasi qərardır" sərlövhəli müsahibəsində K.Abdulla bildiriib ki, sülh şəraitində birgə yaşayış mədəniyyəti məzhəb və ideya müxtəlifliyinə hörmət edən siyasi iradə tələb edir.

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmi ölkədə dövlət siyasəti səviyyəsinə qaldırıb. Dövlət müşaviri xatırladıb ki, Prezident İlham Əliyevin sərəncami ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdi: "Məqsəd Azərbaycan insanına xas olan dəyərləri dünyaya çatdırmaqdan ibarətdir. Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır. Əsrlər boyu onlar bir-birinə xoş qardaşlıq münasibətləri sərgiləyiblər. Ölkə əhalisinin əksəriyyətinin inandığı İslam dini heç zaman başqa dinlərin nümayəndələrinə yuxarıdan aşağı baxmayıb. Azərbaycanda yaşayan xristianlara, yəhudilərə səmavi dinlərin nümayəndəsi kimi həmişə müsbət münasibət bəslənilib".

Dövlət müşaviri Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əsas istiqamətləri, multikulturalizmin Azərbaycan modelinin tədqiqi istiqamətləri və bu modelin örnək model kimi dünyada təbliği prosesindən söhbət açıb.

K.Abdulla həmçinin "Kitabi Dədə Qorqud" barədə də oxuculara məlumat verib.

Son xəbərlər

Orphus sistemi