"Bu gün yazıçılarımızın Anardan başqa ciddi, keçmişi dəyərləndirə bilən və bu günün qədrini bilən bir sədr kimi başqa namizədimiz ola bilməz".
"Report" xəbər verir ki, bunu Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayında çıxışı zamanı deyib.
"Ona görə mən də, tanıdığım və inandığım yazıçılarımız da öz səsimizi məhz Anar müəllimə verməyə hazırıq", - Kamal Abdulla qeyd edib.