Bakı. 2 iyul. REPORT.AZ/ İngiltərənin tanınmış şairi Ceffri Hill dünyasını dəyişib.
"Report" xəbər verir ki, 85 yaşlı şairin ölümü yaxınlarını sarsıdıb. Şair son dövrlərdə heç bir xəstəlikdən əziyyət çəkməyib.
Ceffri Hillin xanımı İngiltərə mətbuatına açıqlamasında deyib ki, şairin ölümü qəfil və gözlənilməz olub: "O, heç bir ağrı, qorxu hiss etmədi".
Qeyd edək ki, Ceffri Hilli ingilis ədəbiyyatının son 70 ildə ən qüdrətli şairi adlandırırlar. Çoxlu sayda şer kitablarının müəllifi olan şair həm də peşəkar tərcüməçiliklə məşğul olub. Fransız, alman dillərini mükəmməl bilən şairin saysız-hesabsız tərcümələri, şer və esseleri var.
O, 2010-2015-ci illərdə Oksford Universitetinin professoru olub. Böyük Britaniyanın kraliçası II Ylizaveta 2012-ci ildə C.Hilli "Britaniya İmperiyasının cəncavəri" mükafatı ilə təltif edib.