Azərbaycan Dillər Universiteti (ADU) tərəfindən dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi və intibah ideyaları” mövzusunda oktyabr ayının 11-də keçiriləcək respublika elmi konfransına məqalə qəbulu davam edir.
"Report" xəbər verir ki, konfrans çərçivəsində “Nəsimi və müasirləri”, “Nəsimi və bəşəri ideyalar” və “Nəsimi hürufizmi dünya ədəbi- fəlsəfi kontekstində” bölmələri üzrə məruzələr dinləniləcək.
Təşkilat Komitəsinə təqdim edilmiş məqalələr orijinal olmalı, konfransın tematikası ilə uyğunluq təşkil etməlidir.
Məqalələr aşağıdakı qaydalara əsasən tərtib olunmalıdır:
- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- məruzənin adı – 14 pt, tünd rəng, ortadan;
- məruzənin həcmi – 5-7 səhifə, (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir;
- açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng;
- məruzənin mətni Times New Roman şrifti, 12 pt ilə çap olunur;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
- sətirlərarası məsafə (interval) –1,5 sm;
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir:
mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2] və ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.
Qeyd edək ki, məqalələr