Bakı. 9 dekabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım tədbiri keçirilib.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev ulu öndərin müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən danışıb. O, bu gün Heydər Əliyevin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti, misilsiz xidmətləri, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən söz açıblar.