Bakı. 18 iyul. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayətində görkəmli şair, filosof Ömər Xəyyamın abidəsi ucaldılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bürüncdən hazırlanan 4 metrlik abidənin açılışı avqustun 4-də olacaq.
Abidənin müəllifi memar Sergey Vorobyovdur. S.Vorobyov Ömər Xəyyamı əlində kitab və qələmlə təsvir edib.
Məlumatda qeyd olunub ki, Həştərxan rəhbərliyinin şəxsi təşəbbüsü ilə hazırlanan abidə İran və Həştərxan arasında iqtisadi-mədəni əlaqələrin yaxşılaşmasına xidmət edəcək. Belə ki, hazırda Həştərxanda İranın 160 şirkəti və İran banklarının filialları fəaliyyət göstərir.
Qeyd edək ki, ilk dəfədir Rusiyada Ö.Xəyyamın xatirəsinə abidə ucaldılacaq. İndiyədək Tehranda, Düşənbədə, Buxarestdə və Aşqabadda şairə abidə ucaldılıb.