Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili Prezident
“Report” xəbər verir ki, onun “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifi olduğu qeyd edən, Zurabişvili, gürcülərdə də belə bir şəxsiyyətin olduğunu bildirib.
"Azərbaycanın böyük tarixi şəxsiyyətini – Əli bəy Hüseynzadəni xatırlamaq istərdim. O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir.
Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi.
Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir", - deyə o əlavə edib.