Georgi Pryaxinin “Xəzər yuxuları” romanı Azərbaycan dilində nəşr olunub

Georgi Pryaxinin “Xəzər yuxuları” romanı Azərbaycan dilində nəşr olunub Romanı Azərbaycan dilinə Etimad Başkeçid çevirib
Ədəbiyyat
5 May , 2017 11:03
Georgi Pryaxinin “Xəzər yuxuları” romanı Azərbaycan dilində nəşr olunub

Bakı. 5 may. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus nasiri, Aleksandr Qrin, M.A.Şoloxov, V.Katayev mükafatları laueratı, Rusiya ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabı işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, əfsanəvi Xəzər xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı “Xəzər yuxuları” romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr –mürəkkəb sosial ziddiyyətlər, insan taleyinin obyektiv faktorlardan asılılığı, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir.

Romanı Azərbaycan dilinə Etimad Başkeçid çevirib.

Son xəbərlər

Orphus sistemi