Bakı. 1 iyun. REPORT.AZ/ Heydər Əliyev Sarayında iyunun 28-də şair Əliağa Vahidin xatirəsinə həsr olunan “Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək.
Bu barədə "Report"a sarayın mətbuat xidmətindən məlumat verilib.
Gecədə xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər.
Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri