Bakı. 13 iyun. REPORT.AZ/ Harri Potter haqqında kitab seriyasının müəllifi olan Coan Roulinq "Forbes" jurnalının versiyasına görə, dünyanın ən zəngin qadın yazıçısı adına layiq görülüb.
"Report" "Forbes Woman"ə istinadən xəbər verir ki, məhz onun kitabları və onlardan ilham alınaraq çəkilən film və seriallar 2016-cı ildə daha çox gəlir gətirib.
Belə ki, C.Roulinqin 2016-cı ildəki gəliri 19 milyon dollar təşkil edib.
Dünyanın ən zəngin yazıçılarının siyahısında 17 nəfərin, o cümlədən 6 qadının adı yer alıb. C.Roulinq qadınlar üzrə hamını qabaqlasa da, ümumi siyahıda üçüncü olub.
Pola Hokins ("Qatardakı qız") siyahıda ilk dəfə yer alıb. Canet İvanoviç, Syuzen Kollinz ("Aclıq oyunları"), Qillian Flinn "Yox olmuşlar" reytinqi tərk edib.