“Darıxan nəğmələr” kitabı Sumqayıtda təqdim olundu

“Darıxan nəğmələr” kitabı Sumqayıtda təqdim olundu Görkəmli şair Tofiq Nurəlinin yalnız sevgi şeirlərinin toplandığı yenicə çapdan çıxmış Darıxan nəğmələr kitabının daha bir təqdimatı olub.
Ədəbiyyat
23 Fevral , 2020 01:34
“Darıxan nəğmələr” kitabı Sumqayıtda təqdim olundu

Görkəmli şair Tofiq Nurəlinin yalnız sevgi şeirlərinin toplandığı yenicə çapdan çıxmış "Darıxan nəğmələr" kitabının daha bir təqdimatı olub.

"Report"un məlumatına görə, tədbir sumqayıtlı poeziyasevərlərin istəyilə Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçirilib. Poeziya evinin direktoru İbrahim İlyaslı bu təqdimatı rəhbərlik etdiyi mədəniyyət ocağı üçün əlamətdar hadisə kimi qiymətləndirib.

Tanınmış şair və ictimai xadim Ofelya Babayevanın aparıcı olduğu tədbirdə şairin şeirləri, yaradıcılığı haqqında fikir və rəylər səsləndirilib.

Əşrəf Veysəlli, Vaqif Bəhmənli, Paşa Qəlbinur, Maarif Soltan, Firudin Qurbansoy, Zirəddin Qafarlı, Rafiq Yusifoğlu, Esmira Günəş və digər şairlər bildiriblər ki, Tofiq Nurəlinin hələ gənclik çağlarından bir çox şeirləri gənclər arasında çox geniş yayılaraq, dillər əzbəri olub. Onlar görkəmli şairin həm də tanınmış həkim kimi uzunmüddətli fəaliyyətindən bəhs ediblər.

Gənc şairlər və sumqayıtlı könüllülər şairin şeirlərindən səsləndirib, məktəblilərdən ibarət aşıq qrupu isə musiqi ifa edib.

Sonda Tofiq Nurəli tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını ifadə edib, bu kitabın təqdimatı üçün daha bir neçə yerdən müraciət aldığını bildirib.

Son xəbərlər

Orphus sistemi