Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
Ədəbiyyat
- 04 may, 2018
- 07:20
Bakı. 4 may. REPORT.AZ/ 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveç Akademiyası açıqlama yayıb.
Nobel Fondundan isə bildirilib ki, mükafatın təqdimatı 2019-cu ilə keçirilib. Amma bu qərar digər sahələr üzrə Nobel mükafatının təqdim olunmasına təsir etməyəcək.
Məlumata görə, 2018-ci ədəbiyyat üzrə Nobel mükafatının təqdim olunmaması İsveç Akademiyası Münsiflər Heyəti üzvlərindən birinin ərinin laureatlar haqqında məlumatları sızdırması ilə bağlıdır. Bir müddət sonra isə həmin adam cinsi zorakılıqda ittiham olunub.
Qeyd edək ki, 2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına yapon əsilli britaniyalı yazıçı Kadzuo İsiquro layiq görülmüşdü.
Son xəbərlər
08:45
Xəzər dənizində zəlzələ baş verib
Digər08:41
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə08:34
Tramp: İranın nüvə silahı olmamalıdır
Region08:13
"POLITICO": Fin körfəzində Rusiya tankerlərinin toplanması Avropanı təşvişə salıb
Digər ölkələr07:51
Yeni Zelandiya sakinləri "Vaianu" siklonuna görə təxliyə olunur
Digər ölkələr07:25
WSJ: İranın yeraltı anbarlarda minlərlə raketi var
Region07:05
Dünya Bankı: Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata təsir göstərəcək
İqtisadiyyat06:40
Video
"Artemida-2" Ay missiyası uğurla başa çatıb
Elm və təhsil06:16