Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “İmzalı görüş” layihəsi çərçivəsində şair, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirə Bilik Fondunun əməkdaşları, Könüllülər Birliyinin üzvləri, ədəbiyyatsevər gənclər qatılıblar.
“İmzalı görüş” layihəsinin əsas məqsədi haqqında tədbir iştirakçılarına məlumat verən Fondun icraçı direktoru Oktay Səmədov gəncləri Səlim Babullaoğlunun yaradıcılığı ilə tanış edib.
Sonra şair yeni çapdan çıxmış “İlyas Göçmənin şəkil dəftəri” adlı kitabının ərsəyə gəlməsindən danışıb. Səmimi şəraitdə keçən görüşdə tədbir iştirakçıları onları maraqlandıran suallara cavab alıblar. Səlim Babullaoğlu gənclərə maraqlı şeirlərini oxuyub.
Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə verib.