Bakıda Çingiz Aytmatovun Azərbaycan dilində olan kitabının təqdimatı keçiriləcək

Bakıda Çingiz Aytmatovun Azərbaycan dilində olan kitabının təqdimatı keçiriləcək Kitablar toplusu 9 əsərdən ibarət olacaq
Ədəbiyyat
6 Noyabr , 2014 14:34
Bakı. 6 noyabr. REPORT.AZ/ Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərindən ibarət Azərbaycan dilində kitabının təqdimatı keçiriləcək.

Qırğızıstanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Ayciqit Buranov "Report"a bildirib ki, toplu tərcüməçi İbrahim Hacıyev tərəfindən tərcümə olunub və yazıçının ən məşhur 9 əsərindən ibarətdir. 

Təqdimat noyabr ayının 8-də Qırğızıstanın Azərbaycandakı səfirliyində keçiriləcək. Kitabın tirajı 300 nüsxədən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi