Azərbaycanlı şairin biblioqrafiyası işıq üzü görüb

Azərbaycanlı şairin biblioqrafiyası işıq üzü görüb Kitabda prezident təqaüdçüsünün 50 illik pedaqoji fəaliyyəti əks olunur
Ədəbiyyat
13 Mart , 2017 13:53
Azərbaycanlı şairin biblioqrafiyası işıq üzü görüb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanlı alimin biblioqrafiyası işıq üzü görüb.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Geoloji-geofiziki elmlərin tarixi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, şair Hikmət Mahmudovun biblioqrafiyası işıq üzü görüb. Prezident təqaüdünə layiq görülmüş görkəmli geoloq-alim və şairin 50 illik pedaqoji fəaliyyəti, ədəbi yaradıcılığının 1971-ci ildən indiyəqədərki dövrü kitabda əks olunur. Onun Azərbaycan, türk, rus, ingilis, alman, bolqar, gürcü, fars və digər dillərdə çap olunmuş 100-dən çox elmi əsəri, o cümlədən monoqrafiya və dərs vəsaitləri, elmi məqalələri, 7 ixtirası haqqında məlumatlar biblioqrafiyada geniş yer alır.

Azərbaycan və rus dillərində hazırlanmış 200 səhifəlik biblioqrafiya “Nurlan” nəşriyyatı tərəfindən çap edilib. Səyavuş Məmmədzadənin redaktəsi ilə yazılmış biblioqrafik toplu geoloq, şair və yazıçılar üçün nəzərdə tutulub.

H.Mahmudov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şairin sözlərinə bəstələnmiş mahnılar xalq artistləri – Zeynəb Xanlarova, Faiq Ağayev, Nisə Qasımova, İslam Rzayev, İlhamə Quliyeva, Mirzə Babayev, Məmmədbağır Bağırzadə tərəfindən ifa edilib.

Son xəbərlər

Orphus sistemi