Azərbaycanın repressiya qurbanı olan aliminin qızı 94 yaşında vəfat edib

Azərbaycanın repressiya qurbanı olan aliminin qızı 94 yaşında vəfat edib Sunduz Xuluflu-Aslanova dünyasını dəyişib
Ədəbiyyat
8 Noyabr , 2016 12:26
Azərbaycanın repressiya qurbanı olan aliminin qızı 94 yaşında vəfat edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın repressiya qurbanı olan aliminin qızı 94 yaşında vəfat edib.

"Report"un məlumatına görə, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931), Azərbaycan Elmlər Akademiyası (indiki AMEA) Azərbaycan İnstitutunun direktor müavini vəzifəsində çalışan repressiya qurbanı Vəli Xuluflunun qızı Sunduz Xuluflu-Aslanova dünyasını dəyişib.

Qeyd edək ki, S.Xuluflu 1922-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ( əvvəlki Azərbaycan Neft Akademiyasını) bitirib.

Xatırladaq ki, Vəli Xuluflu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dəryaçasının altında qalıb) anadan olub. 1938-ci il yanvarın 28-də həbs edilib və həmin il oktyabrın 13-də güllələnib. Onun işinə 1956-cı il noyabın 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası yenidən baxılıb, fəaliyyətində cinayət tərkibi olmadığına görə ona bəraət verib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Bakının küçələrindən birinə Vəli Xuluflunun adı verilib. Gəncədə adına küçə və park var, anadan olduğu Şəmkir rayonunda orta məktəb, Mədəniyyət evi və bir küçə Vəli Xuluflunun adını daşıyır. 

Son xəbərlər

Orphus sistemi