“Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabı təqdim olunub

“Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabı təqdim olunub Nəşr “Multikulturalizm İli”nə həsr olunub
Ədəbiyyat
1 May , 2017 15:39
“Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabı təqdim olunub
BBMM

Bakı. 1 may. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunan “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimat mərasimi keçirilib.

BBMM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Kitabxanın direktoru, professor Kərim Tahirovun moderatorluğu ilə keçən tədbirdə AMEA-nın alimləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Yaradıcılıq Fondunun, “Multikulturalizm” jurnalının, “Samur” Ləzgi Milli Mərkəzinin, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin, “Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin, Avar-Azərbaycan İctimai Birliyinin, Azəri-Tat Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Professor Kərim Tahirov təqdim olunan fundamental biblioqrafik göstəricinin Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli”nin elan olunması hadisəsinə həsr olunduğunu bildirib. Milli Kitabxananın direktoru layihənin rəhbərinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitabın elmi redaktoru və ön söz müəllifinin akademik Kamal Abdullayev olduğunu bildirib.

Qeyd olunub ki, kitab 5 hissədən ibarətdir. I hissə Azərbaycançılıq ideologiyası-milli birliyin əsası kimi; II hissə Milli-mədəni müxtəliflik, etnik qurplar-dili, mədəniyyəti və incəsənəti; III hissə Tolerantlıq-Azərbaycanda dini azadlığın təmin edilməsi, IV hissə Multikulturalizm Azərbaycanda həyat tərzidir və V hissə Köməkçi göstəricilərdir. 

Son xəbərlər

Orphus sistemi