Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub

Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub Bu cür layihələrin dünya xalqlarını bir-birinə yaxınlaşdırılmasında əhəmiyyətindən danışılıb
Ədəbiyyat
14 İyun , 2017 16:39
Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub

Bakı. 14 iyun. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı səfirliyinin və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə ərsəyə gətirdiyi Azərbaycan və Kolumbiya şeiri antologiyasının təqdimatı olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, tədbir Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və ölkənin tanınmış ziyalılarının iştirakı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutub. 

Mərkəzin direktoru Afaq Məsud Kolumbiya səfirliyi ilə birgə layihələrdən söz açaraq, xalqlararası dostluq və anlaşmanın ən qısa və faydalı yolunun ədəbiyyatdan keçdiyini bildirib, mərkəzin bu istiqamətdə reallaşdırdığı növbəti layihələr barədə məlumat verib.

Kolumbiya səfirliyinin müvəqqəti işlər vəkili Marta Galindo Tərcümə Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycanla Kolumbiya ədəbiyyatlararası mübadilələrin bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə iştirak edən tanınmış elm və sənət adamları ədəbiyyatın insanlığa, bəşəriyyətə təsirindən söz açıblar, bədii düşüncənin xalqları biri-birinə doğmalaşdırdığından, belə layihələrin dünya xalqlarını bir-birinə yaxınlaşdırılmasında əhəmiyyətindən danışıblar. 

Son xəbərlər

Orphus sistemi