Azərbaycan şairi Moldovada Beynəlxalq Poeziya Festivalında iştirak edir

Azərbaycan şairi Moldovada Beynəlxalq Poeziya Festivalında iştirak edir Tədbirdə yeni çap olunan kitabların təqdimatı keçirilib, müxtəlif əsərlərdən şeir parçaları səsləndirilib
Ədəbiyyat
4 May , 2018 05:54
Azərbaycan şairi Moldovada Beynəlxalq Poeziya Festivalında iştirak edir

Kişinyov. 4 may. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyov şəhərində “Şairlərin Avropa Baharı” VIII Beynəlxalq Poeziya Festivalı start götürüb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, festivalda Belçika, Çexiya, Fransa, Litva, Rumıniya, Almaniya, Polşa, Rusiya və Slovakiyadan şair və tərcüməçilər iştirak edir.

Mayın 5-dək dava edəcək tədbirdə Azərbaycanı Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu təmsil edir. Açılış mərasimində çıxış edən Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevianu bildirib ki, festivalın əsas məqsədi rumın ədəbiyyatı və eləcə də bir çox ölkələrin ədəbiyyatlarının müxtəlif dillərə qarşılıqlı tərcüməsidir.

Sonra yeni çap olunan kitabların təqdimatı keçirilib, müxtəlif əsərlərdən şeir parçaları səsləndirilib. Festival çərçivəsində iştirakçıların məktəb və universitetlərdə kitabsevərlərlə görüşləri də nəzərdə tutulub. Şənbə günü festival iştirakçıları Soroko şəhərinə səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi