“Azərbaycan nağılları” kitabı gürcü dilində nəşr olunub

“Azərbaycan nağılları” kitabı gürcü dilində nəşr olunub Gürcüstanda “Azərbaycan nağılları” kitabı gürcü dilində nəşr olunub.
Ədəbiyyat
10 May , 2019 14:48
“Azərbaycan nağılları” kitabı gürcü dilində nəşr olunub

Gürcüstanda “Azərbaycan nağılları” kitabı gürcü dilində nəşr olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, kitab “Palitra L Publishing” nəşriyyat evində “Dünya xalq nağılları” seriyası çərçivəsində çap etdirilib.

Nəşriyyat evindən bildirilib ki, Azərbaycan xalq nağılları milli olmaqla yanaşı həm də özünəməxsusluğu ilə seçilirlər: “Azərbaycan nağılları Azərbaycan xalqının həyatını və yaşayış tərzini əks etdirir. Nağılların özünəməxsusluğu ilk növbədə onların coğrafi, tarixi xüsusiyyətləri, qəhrəmanları, dili və üslübu ilə xarakterizə olunur. Azərbaycan nağıllarının ən əsas hissələrindən biri də sehrli və fantastik elementlərdir. Sehrli nağıllarda xeyir və şər qüvvələri dominantlıq edir”.

“Azərbaycan nağılları” kitabı mayın 16-dan etibarən kitab mağazalarında satışa çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi