Bakı. 6 yanvar. REPORT.AZ/ Rus yazıçı və dramaturqu Anton Çexovun (1860-1904) ölümünə bilavasitə beyninə qan sızması səbəb olub.
“Report” "The Times" nəşrinə istinadən xəbər verir ki, bu qənaətə İngiltərənin Noric şəhərində yerləşən Kuodrem Biologiya Elmləri İnstitutunun tədqiqatçılar qrupu gəlib.
Tədqiqatçılar dramaturqun imzaladığı açıqcalar, onun yazıları və ölüm anında əynində olan alt paltarındakı qan ləkəsindən götürülmüş nümunələrin kimyəvi tərkibini öyrəniblər.
Qəzet yazır ki, nümunələrdə vərəm mikrobakteriyalarının mövcudluğunu göstərən zülallarla yanaşı, damarların tıxanmasına və beyinə qan sızmasına gətirib çıxaran trombun meydana gəlməsini təşviq edən zülali maddələr aşkar olunub.
Çexovun bioqrafları əvvəllər yazarın ürək tutmasıdan öldüyünü güman edirdilər.