AMEA-nın Ədəbiyyat İnstitutunda son 10 ildə çap olunan biblioqrafiyaların təqdimatı keçirilib

AMEA-nın Ədəbiyyat İnstitutunda son 10 ildə çap olunan biblioqrafiyaların təqdimatı keçirilib Ədəbiyyat İnstitutuna 52 adda 180 nüsxə fundamental sahəvi və şəxsi biblioqrafik nəşrlər çap olunub
Ədəbiyyat
7 Dekabr , 2016 18:17
AMEA-nın Ədəbiyyat İnstitutunda son 10 ildə çap olunan biblioqrafiyaların təqdimatı keçirilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda dekabrın 7-də Azərbaycan Milli Kitabxanası tərəfindən son 10 ildə çap olunan biblioqrafiyaların təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ədəbiyyat İnstitutuna 52 adda 180 nüsxə Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasında çap olunan N.Gəncəvi, M.Ə.Sabir, M.F.Axundzadə, S.Vurğun, B.Vahabzadə, Elçin, İ.Əfəndiyev, Ü.Hacıbəyov, Q.Qarayev və digər şəxsiyyətlər haqqında fundamental sahəvi və şəxsi biblioqrafik nəşrlər təqdim olunub.

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsindən, bəhs edib. O, gələcəkdə Milli Kitabxana ilə Ədəbiyyat İnstitutunun əlaqələrinin genişlənəcəyi barədə də məlumat verib.

İ.Həbibbəyli iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanacağını və bundan sonra biblioqrafiyaların tərtibində birgə tədqiqat işlərinin həyata keçirilməsini, eyni zamanda Milli Kitabxananın elektron kitabxanasının virtual oxu zalının Nizami adına Ədəbiyyat İnstitutunda açılmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi