Almaniyada “Yaddan çıxmaz Qarabag” kitabının təqdimatı olub

Almaniyada “Yaddan çıxmaz Qarabag” kitabının təqdimatı olub Kitab türk, ingilis, alman və rus dillərinə tərcümə olunub
Ədəbiyyat
1 İyul , 2017 17:09
Almaniyada “Yaddan çıxmaz Qarabag” kitabının təqdimatı olub

Bakı. 1 iyul. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində şəhərində “Yaddan çıxmaz Qarabag” kitabının təqdimatı olub.

"Report"un xəbərinə görə, kitabda 22 nəfər uşaq və yeniyetmənin “Qarabagı necə xatırlayırsınız?” sualına verdiyi cavablar yer alıb.

Kitab 4 dilə-türk, ingilis, alman və rus dillərinə tərcümə olunub.

Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Ruhiyyə Aslanova çıxışında deyib ki, kitabda uşaqların dili ilə onların öz vətənləri haqqında eşitdikləri, öyrəndikləri fikirlər yer alıb: "Bu fikirlər, saf, təmiz, anlaşılan olduğu qədər də təsirlidir. Uşaqlar öz vətənlərini görmək istəyirlər. Görəcəklərinə də inanırlar.”

Kitabın müəllifi Günay Malikqızı müsahiblərinin kiçik yaşlarına baxmayaraq, onun suallarına cəsarətlə cavab verdiklərini xüsusilə vurğulayıb: "Onların heç vaxt görmədikləri kəndləri haqda kiçik detallarla danışmaları məni çox sevindirdi. Uşaqlar, el-obalarına sahib çıxacaqlarını gizlətmirdilər. Onların sonsuz inamı, məni də ruhlandırdı".

Qeyd edək ki, bundan əvvəl Almaniyann Hamburq şəhərində kitabın təqdimatı olub. Növbəti təqdimat mərasimi isə Nyurenberq şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi