Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində olub

Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində olub Görüşdə Azərbaycan-Almaniya ədəbiyyatları arasında ədəbi körpülərin qurulmasından danışılıb
Ədəbiyyat
12 May , 2017 20:29
Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində olub

Bakı. 12 may. REPORT.AZ/ Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru Hans Yurgen Maurer Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb.

Sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanılmasına dair məsələlələr müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi