Afaq Məsud: "Bədii tərcümə mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkarların müdaxiləsinə məruz qalır"

Afaq Məsud: "Bədii tərcümə mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkarların müdaxiləsinə məruz qalır" Tərcümə Mərkəzinin rəhbəri Macarıstanın səfiri ilə görüşdə bir sıra məsələləri müzakirə edib
Ədəbiyyat
19 Aprel , 2017 19:54
Afaq Məsud: Bədii tərcümə mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkarların müdaxiləsinə məruz qalır

Bakı. 19 aprel. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski Tərcümə Mərkəzində olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı Mərkəzin macar ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, görkəmli macar yazıçılarının, xüsusən Peter Nadaş və Nobel mükafatı laureatı İmre Kertesin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək Azərbaycan oxucusuna tanıdılmasından, İmre Kertesin, hazırda nəşrə hazırlanan məşhur “Talesiz” romanından, həmçinin bədii tərcümənin problemlərindən söz açılıb.

A.Məsud deyib bədii tərcümənin priblemlərindən danışıb: “Bu gün bədii tərcümə çox hallarda yaradıcı istedadı, bədii mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkarların müdaxiləsinə məruz qalır. Lakin həm ölkəyə, həm də dünyaya təqdim olunan hər bir kitabın öz ünvanına çatmasının, geniş oxucu kütləsi və yüksək dəyər qazanmasının ilkin şərti bədii tərcümənin keyfiyyətidir ki, Mərkəz bu məqama xüsusi həssaslıqla yanaşır. Əfsuslar olsun ki, hələ ki, bu qeyri-peşəkar müdaxilələrin, ümumilikdə, birbaşa ədəbiyyatın əleyhinə işləyən bu zərərli tendensiyanın qarşısını almaq imkanımız yoxdur”.

Cənab İ.Laslotski öz növbəsində Azərbaycan və macar xalqlarının qədim tarixi və dil yaxınlığından danışaraq, bu mənada, ədəbi əlaqələrə böyük ehtiyac duyulduğunu qeyd edib.

Görüşdə həmçinin Macarıstan – Azərbaycan ədəbiyyatları arasında sıx əlaqələrin davamı olacaq digər layihələr – macar yazıçılarının əsərlərinin toplu halında Azərbaycanda, Azərbaycan yazıçılarının əsərlərinin Macarıstanda nəşri və təqdimatı məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi