Yuxarı

Zimbabvedə yük maşınının aşması nəticəsində 21 nəfər ölüb

Zimbabvedə yük maşınının aşması nəticəsində 21 nəfər ölüb
Bir neçə nəfər yaralanıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Zimbabvein şimal-qərbində baş vermiş yol qəzası nəticəsində 21 nəfər ölüb, bir neçəsi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Zimbabve Teleradioyayım Korporasiyasına istinadən TASS məlumat yayıb.

Bildirilir ki, 3 dekabr gecəsində yolda bir yük maşını aşıb, onun yük hissəsində 70 nəfər olub. Maşın təhlükəli döngədə sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi