Yuxarı

Yunanıstanda zəlzələ nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb - VİDEO

Yunanıstanda zəlzələ nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb - VİDEO
Hazırda Lesbos adasında bütün məktəblər bağlanıb
© AP Photo / InTime News / Manolis Lagoutaris

Bakı. 12 iyun. REPORT.AZ/ Yunanıstanın Lesbos adasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə adanın meri Spiros Qalinos məlumat verib.

Onun sözlərinə görə, ölmüş qadın Vris qəsəbəsində evinin dağıntıları altından tapılıb.

Hazırda adada bütün məktəblər bağlanıb. Təhsil Nazirliyi Lesbos və

Xiosda çərşənbə axşamı keçirilməli olan buraxılış imtahanlarını təxirə salıb.

Bu gün Yunanıstanın şərqində, Lesbos və Xios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi