Yunanıstanda son 24 saat ərzində COVID-19-dan dünyasını dəyişən olmayıb. Lakin, yeni növ koronavirusa yoluxanların sayı 6 nəfər artaraq 2 716-a çatıb.
“Report” xəbər verir ki, bu barədə epidemioloq, Hərbi Hava Qüvvələrinin rəsmisi Dimitris Hatziqeorqiu Səhiyyə Nazirliyində keçirdiyi brifinqdə bildirib.
Reanimasiya şöbələrində 30 nəfər intubasiya edilib, vəziyyəti yaxşılaşan 87 xəstə reanimasiyadan palataya köçürülüb.
O qeyd edib ki, ölkədə ümumilikdə 151 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.