Yuxarı

Yunanıstan sahillərində qayıqların toqquşması nəticəsində 2 nəfər ölüb

Yunanıstan sahillərində qayıqların toqquşması nəticəsində 2 nəfər ölüb

Yunanıstan sahillərində iki qayığın toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. 

"Report" xəbər verir ki, bu barədə Afinanın Makedoniya Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Peloponnes yarımadasından 350 metr məsafədə, Tini şəhəri yaxınlığında baş verib. 

Qayıqların birində 10 fransız, digərində isə iki kişi və bir qadın olmaq 3 Yunanıstan vətəndaşı olub. Toqquşma nəticəsində taxta gəmi batıb.

Ölənlər hamısı yunanlardır. Bir qadın isə sağ qalaraq xəstəxanaya çatdırılıb.

Polisin verdiyi məlumata görə analizlərin yekunu olaraq fransızların sərxoş olmadığı sübut olunub. 

Lakin onların əlavə müayinə üçün xəstəxanaya aparılacağı bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi