Yunanıstan parlamenti qarşısında iğtişaş törətmiş 133 nəfər saxlanılıb

Yunanıstan parlamenti qarşısında iğtişaş törətmiş 133 nəfər saxlanılıb Bakı. 25 yanvar. REPORT.AZ/ Cümə axşamı Yunanıstan parlamenti qarşısında Afinanın Skopye ilə keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın adının dəyişdirilməsinə dair imzaladığı sazişə qarşı keçirilən kütləvi mitinq zamanı törədilən iğtişaşlara görə azı 133 nəfər saxlanılıb.
Digər ölkələr
25 Yanvar , 2019 04:16
Yunanıstan parlamenti qarşısında iğtişaş törətmiş 133 nəfər saxlanılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Cümə axşamı Yunanıstan parlamenti qarşısında Afinanın Skopye ilə keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın adının dəyişdirilməsinə dair imzaladığı sazişə qarşı keçirilən kütləvi mitinq zamanı törədilən iğtişaşlara görə azı 133 nəfər saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü hüquq-mühafizə orqanlarına istinadən "Naftemporiki" qəzeti yazıb.

Nəşrin məlumatına görə, etirazçılar paytaxtın mərkəzi meydanı olan Sintaqmada saxlanılıblar və onlardan 10-u həbs edilib.

Təşkilatçılar meqafonlarla mübarizəni davam etdirməyin və cümə günü yerli vaxtla saat 11:00-da parlament qarşısına gəlməyin vacib olduğunu bildiriblər. Gözlənildiyinə görə, yanvarın 25-i günorta parlamentdə Skopye ilə saziş üzrə səsvermə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi