Yuliya Skripal bildirib ki, Rusiyaya qayıdacağına ümid edir

Yuliya Skripal bildirib ki, Rusiyaya qayıdacağına ümid edir Bakı. 23 may. REPORT.AZ/ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripal bildirib ki, Rusiyaya qayıdacağına ümid edir.
Digər ölkələr
23 May , 2018 21:10
Yuliya Skripal bildirib ki, Rusiyaya qayıdacağına ümid edir

Bakı. 23 may. REPORT.AZ/ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripal bildirib ki, Rusiyaya qayıdacağına ümid edir.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"Uzaq perspektivdə öz ölkəmə, evə qayıtmağa ümid edirəm", - deyə o bildirib.

O, qeyd edib ki, zəhərlənməsindən sonra sağalması üçün göndərilən maddə "ləng (sağaldan) və çox ağrılı" olub.

Yuliya Skripalın atası Sergey Skripal mayın 18-də xəstəxanadan buraxılıb.

Rusiya prezidenti Vladimir Putin Skripalın sağalacağına, sağlam və salamat olacağına ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi