Yuxarı

Polşanın yol qəzasına düşmüş baş naziri xəstəxanadan evə buraxılıb

Polşanın yol qəzasına düşmüş baş naziri xəstəxanadan evə buraxılıb
Hökumət başçısı çərşənbə axşamı nazirlər şurasının iclasında iştirak edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ Polşanın Osventsime şəhərində yol qəzasına düşən baş nazir Beata Şidlo xəstəxanadan evə buraxılıb.

"Report" "Polskie Radio"ya istinadən xəbər verir ki, o, bərpa prosesini tamamlamaq üçün hələ bir neçə gün həkimlərlə əlaqədə olacaq.

Polşa hökumətinin başçısı çərşənbə axşamı ölkənin nazirlər şurasının iclasında iştirak edcək.

Baş nazir fevralın 10-da Krakov yaxınlığında yol qəzasına düşüb. Beata Şidlo cüzi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi