Yəməndə üsyançılar telekanalın əməkdaşlarını və direktorunu oğurlayaraq həbs ediblər

Yəməndə üsyançılar telekanalın əməkdaşlarını və direktorunu oğurlayaraq həbs ediblər Əməkdaşları girov götürülən telekanal "As-Səid"dir
Digər ölkələr
5 Sentyabr , 2016 01:07
Yəməndə üsyançılar telekanalın əməkdaşlarını və direktorunu oğurlayaraq həbs ediblər

Bakı. 5 sentyabr. REPORT.AZ/ Yəməndə üsyançılar yerli telekanalın əməkdaşlarını və direktorunu oğurlayaraq həbs ediblər.

"Report"un məlumatına görə, bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər yayıb.

Məlumata görə, əməkdaşları həbs edilən telekanal paytaxt Sənada fəaliyyət göstərən "As-Səid"dir. Sənanın bir hissəsini nəzarət altında saxlayanüsyançıların bu addımı nə üçün atmalarının səbəbləri hələlik məlum deyil.

Yəmən Jurnalistləri İttifaqının məlumatına görə, bu ilin əvvəlindən indiyə kimi ölkədə 6 KİV əməkdaşı öldürülüb, 11 nəfər işgəncələrə məruz qalıb, 24 jurnalist həbs olunub.

Son xəbərlər

Orphus sistemi