Yəməndə terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Yəməndə terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb Terror hücumu bazar ertəsi baş verib
Digər ölkələr
28 Mart , 2017 02:46
Yəməndə terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Bakı. 28 mart. REPORT.AZ/ Bazar ertəsi Yəmənin cənubunda yerləşən Lahc şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidmətinə istinadən "Reuters" məlumat yayıb.

Bunadək ölənlərin 5 nəfər olduğu bildirilirdi.

Kamikadze minalanmış avtomobili inzibati binalardan birinin üzərinə sürmək istəyib. Obyektin girişində terrorçunu zərərsizləşdirən mühafizəçinin ayıq-sayıqlığı sayəsində əksər insanlar terror qurbanı olmaqdan xilas ola biliblər.

Terror aktının "Əl-Qaidə Ərəbistan yarımadasında" terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi