Yuxarı

Yəmən prezidenti ABŞ-da xəstəxanaya yerləşdirilib

Yəmən prezidenti ABŞ-da xəstəxanaya yerləşdirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Yəmənin qanuni lideri Abd-Rabbu Mənsur Hadi ABŞ-da xəstəxanaya yerləşdirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb prezidentin müalicəyə ehtiyacının yaranmasıdır.

Məlumata görə, onun ürəyində 2011-ci ildən problem var. 

Hadi husilərin nəzarət altına aldığı paytaxt Sananı tərk edib. Onun ya Səudiyyə Ərəbistanında, ya da Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nəzarəti altında olan ərazisində yaşadığı ehtimal edilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi