Yaponiyaya girişlə bağlı qadağa daha bir ay uzadıla bilər

Yaponiyaya girişlə bağlı qadağa daha bir ay uzadıla bilər Yaponiya hökuməti yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əcnəbilərin ölkəyə girişi ilə bağlı tətbiq etdiyi qadağaların müddətini daha bir ay uzatmaq niyyətindədir.
Digər ölkələr
12 İyun , 2020 06:26
Yaponiyaya girişlə bağlı qadağa daha bir ay uzadıla bilər

Yaponiya hökuməti yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əcnəbilərin ölkəyə girişi ilə bağlı tətbiq etdiyi qadağaların müddətini daha bir ay uzatmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti açıqlayıb.

Qeyd olunub ki, əvvəllər verilmiş vizaların dayandırılması da bura daxildir.

Qərarın rəsmi olaraq Yaponiyanın Baş naziri Şinzo Abenin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclasında qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Yaponiya 100-dən artıq ölkədən gəlişə qadağa qoyub. Həmin siyahıda Azərbaycan, ABŞ, Aİ ölkələri, Çin, Cənubi Koreya, Rusiya, Ukrayna və digər ölkələr də var.

Son xəbərlər

Orphus sistemi