Yuxarı

Yaponiyanın baş naziri: “Putinlə sülh müqaviləsini müzakirə etmək istərdim”

Yaponiyanın baş naziri: “Putinlə sülh müqaviləsini müzakirə etmək istərdim”
Sindzo Abe: “Bu gün müxtəlif problemləri, təhlükəsizliyin təmin edilməsi və regiondakı vəziyyəti də müzakirə etmək istərdim”

Bakı. 27 aprel. REPORT.AZ/ “Rusiya Prezidenti Vladimir Putinlə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını müzakirə etmək istərdim”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Yaponiyanın Baş naziri Sindzo Abe dar çevrədəki görüşdə bildirib.

“Bu gün müxtəlif problemləri, o cümlədən sülh müqaviləsi də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, təhlükəsizliyin təmin edilməsi və regiondakı vəziyyəti müzakirə etmək istərdim” - S.Abe vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi