Yaponiyada zəlzələ olub​

Yaponiyada zəlzələ olub​ Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb
Digər ölkələr
2 Fevral , 2016 10:24
Yaponiyada zəlzələ olub​

Bakı. 2 fevral. REPORT.AZ/ Yaponiyanın Xonsyu adasının şərq sahilində 5,6 bal gücündə zəlzələ baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14.31-də (Bakı vaxtı ilə 09.31) Miyako şəhərindən 85 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 17,5 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi