Yaponiyada təyyarə qəzaya uğrayıb: ölənlər var

Yaponiyada təyyarə qəzaya uğrayıb: ölənlər var Hadisə zamanı 2 nəfər həlak olub
Digər ölkələr
15 Avqust , 2017 00:17
Yaponiyada təyyarə qəzaya uğrayıb: ölənlər var
Global Look Press

Bakı. 15 avqust. REPORT.AZ/ Yaponiyanın Nara prefekturasının dağlıq ərazisində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Məlumata görə, hadisə zamanı 2 nəfər həlak olub. Yanğınsöndürmə xidməti təyyarənin qalıqları arasında kişi və qadın cəsədlərini aşkarlayıb.

Ölkənin Dövlət Torpaqları və Nəqliyyat Nazirliyinin məlumatına görə, bir mühərrikli təyyarə Osaka prefekturasının aeroportundan Fukusimoya uçurmuş. Bir qədər sonra onlarla əlaqə itib.

Nazirlik bildirib ki, pilot qəzadan öncə aeroportla əlaqə saxlayaraq Yaoya geri qayıtmaq niyyətində olduğunu bildirib. Bu isə o deməkdir ki, təyyarədə nasazlıqlar yaranıb. 

Son xəbərlər

Orphus sistemi