Yaponiyada qaz balonu partlayıb, xəsarət alanlar var

Yaponiyada qaz balonu partlayıb, xəsarət alanlar var Hazırda ərazidə xilasedicilər işləyirlər
Digər ölkələr
24 Sentyabr , 2016 07:34
Yaponiyada qaz balonu partlayıb, xəsarət alanlar var

Bakı. 24 sentyabr. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokionun Xibiya parkında qaz balonunun partlaması zamanı ən azı 3 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "NHK" telekanalı xəbər yayıb.

Məlumata görə, partlayış Yaponiya və Cənubi Koreyanın dostluğuna həsr olunmuş tədbirin keçirilməsi zamanı baş verib.

Meydançada hər iki ölkənin milli mətbəxinin yeməklərinin hazırlandığı çoxsaylı köşklər və çadırlar qurulub. Tədbirin keçirildiyi yerdə gözlənilmədən qaz balonu partlayıb.

Polisdən bildiriblər ki, hadisə terror aktı kimi təsnif edilmir.

Hazırda ərazidə xilasedicilər işləyirlər. 

Son xəbərlər

Orphus sistemi