Yaponiyada daha 255 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi və yerli idarəetmə orqanlarının birgə açıqlamasında deyilir.
Məlumata görə, Yaponiyada indiyədək 10 816 nəfərə koronavirus diaqnozu qoyulub.
Bildirilib ki, yeni yoluxma hallarının əksəriyyəti paytaxt Tokioda qeydə alınıb – 181.
Ada ölkədə koronavirusdan ölənlərin ümumi sayı isə 222 nəfərdir. 1 657 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 261 000-i ötüb. Bunların 579 187 nəfəri sağalıb, 154 726 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.