Yaponiyada quşçuluq fermasında yanğın zamanı on minlərlə cücə tələf olub

Yaponiyada quşçuluq fermasında yanğın zamanı on minlərlə cücə tələf olub Bakı. 18 fevral. REPORT.AZ/ Yaponiyanın Honsü adasının şimal-şərqindəki Omitama şəhərində quşçuluq fermasında iri miqyaslı yanğın baş verib.
Digər ölkələr
18 Fevral , 2019 08:41
Yaponiyada quşçuluq fermasında yanğın zamanı on minlərlə cücə tələf olub

Bakı. 18 fevral. REPORT.AZ/ Yaponiyanın Honsü adasının şimal-şərqindəki Omitama şəhərində quşçuluq fermasında iri miqyaslı yanğın baş verib.

"Report" RBK-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, hadisə bazar günü axşam olub. Yanğın fermanın hər yerini bürüyüb. Hadisə zamanı on minlərlə cücə yanaraq tələf olub.

Hazırda alov söndürülüb, hadisənin səbəbləri məlum deyil. Yanğın zamanı quşçuluq fermasının əməkdaşlarından heç kim xəsarət almayıb.

Polisin məlumatına görə, fermanın yeddi korpusunda hadisə zamanı ümumilikdə 80 min toyuqcücə olub.

Son xəbərlər

Orphus sistemi