​Yaponiyada 800-dən çox yeraltı təkan qeydə alınıb

​Yaponiyada 800-dən çox yeraltı təkan qeydə alınıb Ölkədə 48 nəfər dünyasını dəyişib, 2 nəfər itkin düşüb
Digər ölkələr
25 Aprel , 2016 06:52
​Yaponiyada 800-dən çox yeraltı təkan qeydə alınıb

Bakı. 25 aprel. REPORT.AZ/Yaponiyanın Kumamota prefekturasında, Küsü adasında aprelin 14-dən bu günə kimi 800-dən çox yeraltı təkan qeydə alınıb. "Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi Yaponiya Milli Meteorologiya idarəsinə istinadən xəbər yayıb.

Məlumata görə, aprelin 14-dən aprelin 25-ə kimi ölkədə 48 nəfər dünyasını dəyişib, 2 nəfər itkin düşüb. 270 nəfər ağır xəsarət alıb.

Zəlzələ nəticəsində 1700 tikili tamamilə dağılıb. Hazırda eüvakuasiya məntəqələrində 60 minə yaxın insan qalır.    

Son xəbərlər

Orphus sistemi