Yuxarı

Yaponiya, ABŞ və Avstraliya liderləri KXDR-ə təzyiqin artırılması ilə bağlı razılaşıblar

Yaponiya, ABŞ və Avstraliya liderləri KXDR-ə təzyiqin artırılması ilə bağlı razılaşıblar
© Financial Reveiw

Bakı. 13 noyabr. REPORT.AZ/ Yaponiya, ABŞ və Avstraliya liderləri Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramlarının inkişafını davam etdirilməsi ilə əlaqədar bu ölkəyə təzyiqin artırılması ilə bağlı razılığa gəliblər.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq razılaşma Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitinin keçirildiyi Manilada Yaponiya, ABŞ və Avstraliya başçıları Sindzo Abe, Donald Tramp və Malkolm Törnbull arasında baş tutan görüşlərin yekununda əldə edilib.

Yaponiyanın Baş naziri S.Abe Şimali Koreya məsələsinin həllinin ümumi fundamental dəyərlər və strateji maraqları bölüşən ölkələrin bilavasitə üzləşdiyi problem olduğunu bildirib.

Tərəflər, həmçinin Pxenyana qarşı tədbirlərin gücləndirilməsi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət ediləməsinin tələbi məqsədi ilə sıx əməkdaşlıq edəcəklərini təsdiqləyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi