Xubeydə koronavirusa yoluxanların və ölənlərin sayı artır

Xubeydə koronavirusa yoluxanların və ölənlərin sayı artır Çinin Xubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Digər ölkələr
16 Fevral , 2020 02:51
Xubeydə koronavirusa yoluxanların və ölənlərin sayı artır

Çinin Xubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə tegional səhiyyə komitəsi məlumat yayıb.

Məlumata görə, əyalətdə virusa yoluxanların sayı 56,2 min nəfərə çatıb. Virusa 139 yeni yolxuma hadisəsi qeydə alınıb.

Bildirilir ki, əyalətdə virusdan ümumilikdə 1596 nəfər ölüb.

Sutka ərzində virusa yoluxanların ümumi sayı 1843 nəfərə çatıb. Bununla yanaşı, virusdan sağalanların da sayı artaraq 849 nəfərə yüksəlib. Komitənin məlumatına görə, ümumilikdə 5623 xəstə sağalaraq xəstəxanadan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi