Yuxarı

Xuan Quaido Venesuelaya qayıdıb

​Xuan Quaido Venesuelaya qayıdıb

Bakı. 4 mart. REPORT.AZ/ Venesuela müxalifətinin lideri Xuan Quaido öz "Twitter" səhifəsində Venesuelaya qayıtdığını elan edib.

“Report” xəbər verir ki, o hazırda öz sevimli torpağında olduğunu bildirib.

Quaidonun sözlərinə görə, o, hava limanından Karakasa getmək niyyətindədir.

"Infobae" portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.

Daha əvvəl Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi