Xuan Quaido Venesuelaya qayıdıb

Xuan Quaido Venesuelaya qayıdıb Bakı. 4 mart. REPORT.AZ/ Venesuela müxalifətinin lideri Xuan Quaido öz Twitter səhifəsində Venesuelaya qayıtdığını elan edib.
Digər ölkələr
4 Mart , 2019 21:24
Xuan Quaido Venesuelaya qayıdıb

Bakı. 4 mart. REPORT.AZ/ Venesuela müxalifətinin lideri Xuan Quaido öz "Twitter" səhifəsində Venesuelaya qayıtdığını elan edib.

“Report” xəbər verir ki, o hazırda öz sevimli torpağında olduğunu bildirib.

Quaidonun sözlərinə görə, o, hava limanından Karakasa getmək niyyətindədir.

"Infobae" portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.

Daha əvvəl Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi